İranda qaz kəmərində partlayış olub
    • 2-10-2018, 13:13
    • 924

İranda qaz kəmərində partlayış olub

 İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində təbii qaz kəmərində partlayış olub.

Bunu əyalətin Fövqəladə Hallar İdarəsinin rəisi Kiyumers Hacızadə bildirib.

Onun sözlərinə görə, partlayış əyalətin Bağ Məlik rayonu yaxınlığında, Xuzistan-İsfahan təbii qaz kəmərində baş verib.
K.Hacızadə deyib ki, hadisə yerinə xilasedicilər cəlb olunublar.

Ərazidə yaşayan əhali təxliyyə edilib. İdarə rəisi partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirib. 
Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 22-də Xuzistanın mərkəzi Əhvaz şəhərində hərbi parada silahlı hücum nəticəsində 29 nəfər ölmüş, 60-a yaxın insan yaralanmışdı.

//Report.az