ABŞ Səfirliyi Silahlı Qüvvələr günü münasibətilə Azərbaycanı təbrik etdi
    • 26-06-2020, 12:39
    • 784

ABŞ Səfirliyi Silahlı Qüvvələr günü münasibətilə Azərbaycanı təbrik etdi

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, Səfirliyin "Facebook" səhifəsindəki paylaşımda yazılıb: “Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməkdə sizə qoşuluruq. Amerikalı və azərbaycanlı hərbçilər illər boyu istər Əfqanıstanın gələcəyi naminə, istərsə də, NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar. Birlikdə biz bir çox terrorizm və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq”.