-
- 2-10-2018, 14:40
- 1 313
Qəza baş verən ərazidə şlaqbaum olmayıb
Dünən Binə-Qala şosesinin 34-cü kilometrliyində baş verən qəza zamanı sürücü də xəsarət alıb. Müayinə zamanı onun narkotik istifadəçisi olduğu müəyyən edilib. Bu barədə Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədov məlumat verib.
O bildirib ki, avtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Şıxəliyev Əlixan Əlibaba oğlu bu hadisədən öncə də ölümlə nəticələn yol qəzası törətdiyinə görə həbs edilib. May ayında azadlığa çıxdıqdan sonra yenidən sürücü kimi fəaliyyətə başlayıb: "Dünənki hadisədən sonra o yoxlanılıb və müəyyən edilib ki, həmin şəxs narkotik istifadəçisidir. Yəni qanında narkotik vasitə aşkar edilib".
V.Əsədovun sözlərinə görə, cinayət işi Dəmiryolunda Baş Polis İdarəsində açılıb: "Hadisə zamanı sərnişinlər müxtəlif xəsarət alıblar. Bir neçə il əvvəl Lökbatan ərazisində də belə bir hadisə baş vermişdi. Yol hərəkəti haqqında Qanunun tələblərinə görə, dəmiryol ilə avtomobil yolunun kəsişməsində konkret tələblər var. Onları mütləq şəkildə yerinə yetirmək lazımdır”.
Əgər orada şlaqbaum olubsa, yol bağlı olubsa, sürücü dayanmalı idi. Şlaqbaum yox idisə, sürücü sayrışan işıqları nəzərə almalı idi. Hər bir halda avtobus sürücüsü diqqətli olmalı idi. Belə hesab edirəm ki, istintaq zamanı bütün detallar nəzərə alınacaq və tezliklə hadisəyə hüquqi qiymət veriləcək" – Əsədov əlavə edib.
Əsədov qeyd edib ki, onda olan məlumata görə, hadisə zamanı 40 nəfər xəsarət alıb və 2 nəfər dünyasını dəyişib.
Bu arada, sosial şəbəkələrdə dünən Binə Qala yolunun 34-cü kilometrliyində baş verən qəzanın görüntüləri yayılıb. Video görüntülərdən məlum olur ki, qatar yolunda şlaqbaum endirilməyib, sürücülər yola qatarın yaxınlaşmasından xəbərsiz olublar. Görüntülərdən aydın olur ki, qatar yolu birtərəfli qaydada bağlanıb, yəni yolun bir tərəfində şlaqbaum var, avtobusun hərəkət etdiyi hissədə isə yoxdur.
Hər gün həmin yol ilə gedib-gəldiyini deyən ərazi sakini Mübariz Göyüşov Sputnik Azərbaycan-a bildirib ki, qatar gələn zaman o yolda olan nəzarətsizlik, laqeydlik insanda acı təəssüf hissi yaradırdı: "Qatar gələn zaman yolun hər iki hissəsi bağlanmalı olduğu halda ən yaxşı halda bir hissəsi bağlanır, ən pis halda isə ümumiyyətlə bağlanmırdı. Dəmiryolu xəttini keçən zaman düşünürdüm ki, bir gün burada ağır bir faciə yaşanacaq. Kimə üz tuturdun, kimə deyirdinsə, ya laqeyd yanaşırdılar, ya da sadəcə gülümsünürdülər. Nəticəsi və olacağı bu idi".
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova isə Sputnik Azərbaycan-a belə şərh verib ki, yayılan videoda görüntü tam aydın olmadığına görə, şlaqbaumun olub-olmadığı müəyyən edilmir: "Məsələ tərəfimizdən araşdırılır. Daha keyfiyyətli görüntülər əldə edib, daha ətraflı məlumat veriləcək".
DYP sözçüsü V.Əsədovun 2 nəfərin öldüyünə dair açıqlamasına gəlincə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Sputnik Azərbaycan-a açıqlamasında ikinci ölüm halının qeydə alınmadığını deyib: "Hazırda xəstəxanada 12 nəfər müalicə alır. Dünənki qəzada xəsarət alanlardan 3 saylı Şəhər Klinik Xəstəxanasında 12 nəfər müalicəsini davam etdirir. Onların 5-i reanimasiya şöbəsində yerləşdirilib ki, həmin şəxslərin də 2-sinin vəziyyəti ağırdır. Xəstəxananın travmatologiya şöbəsində 2-si uşaq olmaqla 7 nəfər müalicəsini davam etdirir”.
S.Əhmədova onu da bildirib ki, indiyə qədər xəstəxanada 3 xəstə üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib: "Qəza zamanı yaralanan şəxslərdən 6-sı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilmişdi. Onlardan 2-si artıq ambulator yardım alaraq evə buraxılıb. Hazırda KTM-də müalicə edilən 4 xəstədən birinin vəziyyəti ağır (böyrəkləri çıxarılıb), qalanlarının vəziyyəti isə orta ağırdır”.
"Elmi Tədqiqat Travmatologiya İnstitutuna yerləşdirilmiş 3 nəfərdən 1-i də ambulator yardım alaraq evə buraxılıb. Qalan iki nəfərin vəziyyəti orta ağırdır. Xəstələrdən birinin çiynində sınıq olduğu üçün onun əməliyyat ediləcəyi gözlənilir" – qurum səlahiyyətlisi əlavə edib.
Xatırladaq ki, dünən Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Nəticədə 34 nəfər xəsarət alıb, bir nəfər ölüb. Qeyd edək ki, qəzaya uğrayan yük qatarı Dübəndiyə gedirmiş, onun qoşqusunda 12 boş çən olub.