Koronavirusdan ölənlərin sayı YARIM MİLYONU KEÇDİ - STATİSTİKA
    • 29-06-2020, 10:48
    • 568

Koronavirusdan ölənlərin sayı YARIM MİLYONU KEÇDİ - STATİSTİKA

Dünya üzrə koronavirusa yoluxma, ölüm və sağalma hallarının statistikası açıqlanıb.

News24.az xəbər verir ki, Cons Hopkins Universitetinin yaydığı son rəqəmlərə görə, dünyada 10 milyon 249 min 840 nəfər koronavirusa yoluxub.  Onlardan 504 min 498 xəstə vəfat edib. 

Bu günə qədər 5 milyon 557 min 980 nəfər virusa qalib gəlib. 

215 ölkənin yer aldığı siyahıda ilk sırada ABŞ, 2-ci yerdə Braziliya, 3-cü yerdə isə Rusiya qərarlaşıb. 

Azərbaycan isə bu siyahıda 57-ci yerdədir.