-
- 29-06-2020, 13:41
- 586
ANS-in tanınmış aparıcısının anası koronavirusdan ÖLDÜ
"ANS" televiziyasının aparıcılarından olan Nəzrin Əhmədovanın anası koronavirusdan vəfat edib.
News24.az xəbər verir ki, bu haqda Murad Hüseynov sosial şəbəkədə məlumat verilib: "Az öncə aldığım bu xəbərə çox üzüldüm. Mənə çox təsir etdi. İllər əvvəl bir yerdə çalışdığımız Nəzrin Əhmedovanın anası koronavirusdan vəfat edib. Nəzrin xaricdə yaşadığından onun anası bu dünyadan yeganə nəvəsini görə bilmədən köçdü. Ahıl yaşda da deyildi. Nəzrin dəfndə də iştirak edə bilməyəcək. Atası da xəstəxanada ağır vəziyyətdədır. Bu bir ailənin faciəsidir. Deməyə söz tapa bilmirəm...Bu təhlükə hamının başı üstündədir. Kimliyə, virusa inanıb-inanmamağa, iş yerinə, siyasi baxışlara fərq qoymadan, bir xalq olaraq hamımız təhlükə qarşısındayıq. Nə olar, maska taxın, fiziki məsafəni qoruyun, əllərinizi yuyun, e-TƏBİB-i telefona yükləyin ki, xəstəlik aşkarlanan adamların ünsiyyətdə olduğu şəxsləri müəyyənləşdirmək mümkün olsun, təhlükəsizlik tədbirlərini lağlağıya çevirməyin, demaqoqiya açmayın. Müharibə gedir, ölüm-dirim savaşı. İtkilərimiz var, ay camaat, ayılın!"