İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri APARILACAQ
    • 3-07-2020, 11:07
    • 455

İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri APARILACAQ

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, sabah - iyulun 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə News24.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.