Azərbaycanda 513 nəfər koronavirusa yoluxdu, 440 xəstə sağaldı - ÖLƏNLƏR VAR
    • 6-07-2020, 17:36
    • 569

Azərbaycanda 513 nəfər koronavirusa yoluxdu, 440 xəstə sağaldı - ÖLƏNLƏR VAR

Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6240 koronavirus testi aparılıb.