Qızılağac milli parkında YANĞIN BAŞLADI
    • 6-07-2020, 17:46
    • 558

Qızılağac milli parkında YANĞIN BAŞLADI

6 iyul 2020-ci il tarixində Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində  baş verən yanğın sonradan külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. 

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır. 

Havaların isti və quraq keçməsi ilə əlaqədar  ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.