Gedişhaqları qalxıb, amma biz sınıq-salxaq avtobusda gedirik
    • 3-10-2018, 13:24
    • 1 172

Gedişhaqları qalxıb, amma biz sınıq-salxaq avtobusda gedirik

Tarif Şurasının qərarına əsasən avqustun 1-dən etibarən Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Həmin vaxt Bakı Nəqliyyat Agentliyi (BNA) Tarif Şurasının qiymət tənzimlənməsilə bağlı qərarının sərnişindaşıma xidmətinin yüksəldiməsi istiqamətində işləri sürətləndirəcəyini açıqlamışdı.
 
Oktyabrın 2-də saat 18:25 radələrində metronun “Xalqlar Dostluğu” stansiyasının çıxışında (“Çiçək yağışı” mağazasının yanı) sərnişin götürən 12 saylı marşrut xəttində işləyən avtobusun vəziyyəti bunun tam əksini göstərir.  Əməkdaşımız həmin avtobusun bir pəncərəsinin şüşəsinin tamamilə sınmış halda idarə olunduğuna şahidlik edib. Evinə tələsən sərnişinlər isə heç nə olmamış kimi, adi qaydada avtobusa minib lazım olan ünvana gediblər.
 
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev  məsələnin araşdırılacağını, daşıyıcıya lazımi xəbərdarlıq ediləcəyini bildirib.

//modern.az