-
- 8-07-2020, 14:17
- 1 219
Ölkənin Hərbi Prokurorluğunda MÜHÜM DƏYİŞİKLİKLƏR - EKSKLÜZİV
Respublikanın baş porkuroru Kamran Əliyev Qazax rayon hərbi prokuroru Bəhruz Əhmədovun vəzifəsindən azad edilməsinə dair əmr imzalayıb.
News24.az-a daxil olan məlumata görə, B.Əhmədov baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə rəis, həmin idarənin rəisi Mehdi Hüseynzadə isə Prokurorluqlarda İstintaqa nəzarət şöbəsinin rəisi təyin edilib.
Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Şöhrət Qəhrəmanov Qazax Hərbi prokuroru təyin olunub. Eyni zamanda Hərbi Prokurorluğun Kriminalistika şöbəsinin rəisi Nihad Şıxəliyev müraciətlərə baxılması şöbəsinə rəis vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, Bəhruz Əhmədov Tovuz rayon icra başçısı Məmməd Məmmədovun kürəkənidir.