-
- 3-10-2018, 14:30
- 2 771
Kofe haqqında bilmədiklərimiz
Gündəlik içki növlərindən olan kofe (və ya qəhvə) ölkəmizdə, məişətdə çox yayılmasa da hər halda nadir içki də hesab edilmir.
Çoxları səhər kofe içməyi xoşlayır, çünki, kofe insanın yuxusunu qaçırır və bu da işə açıq beyinlə başlamamıza səbəb olur. News24.az saytı, kofe haqqında maraqlı faktları sizə təqdim edir.
1. Kofe dənləri quruluşuna görə iki növə ayrılır: Arabika və Robusta. Arabika daha çox sevilən növdür.
2. Mağazalarda satılan və suda əriyən kofe təbii deyil. O kofe içməni asanlaşdırmaq üçün dənələrin müxtəlif proseslərdən keçməsi nəticəsində əmələ gələn maddədir. Əsl kofe suda həll olmur, çöküntü verir.
3. Kofenin bir çox qovrulmaq, çəkilmə və bişirilmə üsulu var. Bu üsullar alınan içkinin dadına da təsir göstərir. Bu növlərə bir sıra misallar: türk qəhvəsi, espresso, amerikano,frenc press, moka və.s.
4. Dünyada ən çox kofe istehsal edən ölkə Braziliyadır.
5. Dünyada ilk kofe mağazası 1475-ci ildə Osmanlı İmperiyasının Konstantinopol şəhərində “Kiva Han” adı ilə açılmışdır.
Osmanlı Sultanı Yavuz Səlim kofeni çox sevirmiş. 1511-ci ildə Məkkə əmiri şəxsi səbəblər üzündən kofeni qadağan etsə də, bundan xəbər tutan sultan, əmiri edam etdirmiş və kofenin müqəddəs içki olduğunu bəyan etmişdi.
6.Günə 2 fincandan çox olmayaraq kofe içmək gümrahlığı artırır.
7.Həddindən çox kofe içmək asılılıq yaratmaqla yanaşı, qan təzyiqinə mənfi təsir göstərə bilər.
8.Kofe mayeqovucu təsirə malik olduğu üçün, kofe qəbulundan sonra su içmək məsləhət görülür.
9.Əvvəllər insanlar kofe ağacının yarpaq və dənələrini yalnız çeynəyiblər, bu da onlara gün ərzində gumrah qalmağa kömək edib.
10.Qəhvənin vətəni Efiopiya sayılır. Köçərilər buradan onu Yəmənə gətiriblər və beləliklə də bu bitki becərilməyə başlanıb.
Şəlalə Ağayeva