-
- 3-10-2018, 15:32
- 1 088
“Dəmir Yolları” video yaydı - “Şlaqbaum bağlı olub”
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Xəzər rayonunun Binə qəsəbəsində “Daewoo” markalı 160 saylı xətt avtobusunun elektrovozla toqquşması ilə bağlı yeni videogörüntü yayıb.
Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Sevinc Qədriova görüntülərlə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, bəzi media orqanları şlaqbaumunun bağlı olmaması ilə bağlı müxtəlif fikirlər səsləndirirlər: “Ancaq bu videogörüntülərdən də göründüyü kimi, şlaqbaum bağlı olub. Həmçinin videonu izlədikdə görürük ki, ağ rəngli mikroavtobus yolda hərəkət edir. Həmin şlaqbaumun yanında tormoz verib dayanır. Arxasında da maşınlar düzülür. Şlaqbaumun görüntüsü hər iki istiqamətdə var. Avtobus isə nə ağ maşının dayanmasına, nə də şlaqbaumunun bağlı olmasına məhəl qoymadan yoluna davam edir”.
Hadisə ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin yaydığı həmin videogörüntünü təqdim edirik: