"Arbidol" və "Erqoferon" evdə müalicə üçün deyil - SƏHİYYƏ NAZİRLİYİ
    • 10-07-2020, 18:13
    • 10 072

"Arbidol" və "Erqoferon" evdə müalicə üçün deyil - SƏHİYYƏ NAZİRLİYİ

“Virus əleyhinə olan dərmanların ev şəraitində müalicə üçün istifadə olunması təvsiyyə edilmir. Çünki onlar kifayət qədər yan və toksik təsirlər’ malik dərman maddələridir. Vitamin və mikroelementlərə gəldikdə isə düşünmürəm ki, apteklərdə bununla bağlı hansısa qıtlıq olsun”.

News24.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Aparatının rəhbəri Nadir Zeynalov deyib. N.Zeynalov bildirib ki, “Arbidol”, “Erqaferon” kimi dərmanlarla müalicə ancaq xəstəxana şəraitində aparılmalıdır. 

Nazirlik rəsmini vurğulayıb ki, yüngül əlamətləri olan xəstələrə immun sistemini gücləndirən dərman və vitaminlərin pulsuz çatdırılması təmin olunub.