Ermənistanın artilleriya atəşi nəticəsində Tovuzda ev və həyətyanı sahələrə ziyan dəydiyi AÇIQLANDI
    • 14-07-2020, 14:48
    • 757

Ermənistanın artilleriya atəşi nəticəsində Tovuzda ev və həyətyanı sahələrə ziyan dəydiyi AÇIQLANDI

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində Dondar Quşçu kəndinin ərazisinə mərmilərin düşüb.

1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib.

1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evi mərmi atəşinə məruz qalaraq, ziyan görüb.  

Bundan başqa, mərmi düşməsi nəticəsində 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahəsinə ziyan dəyib.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. /APA/