-
- 4-10-2018, 11:46
- 913
Gədəbəydə problemin maraqlı çözümü- Üstü bəzək, altı təzək təmir
Bir neçə gün bundan əvvəl Gədəbəyin tanınmış ziyalılarından olan yazıçı Firuz Mustafa sosial şəbəkələr vasitəsi ilə doğulduğu İsalı kəndinin problemini işıqlandırıb. Yazıçı kənd sakinləri adından "Azərişığ"a müraciət edərək 1964-cü ildə quraşdırılmış və yararsız hala düşmüş transformatorun dəyişdirilməsini xahiş edib. Yazıçının müraciətinə cavab olaraq Gədəbəy rayon Elektrik Şəbəkəsi idarəsi maraqlı həll yolu tapıb. İdarə təmir adıyla köhnə transformatoru rəngləyib, düşmüş qırıq qapağın yerinə yenisini taxmaqla işini bitmiş hesab edib.
"Sağ olsunlar Azərişığın Gədəbəy rayon Elektrik Şəbəkəsinin əməkdaşlarını.Dərhal operativ tədbirlər görərək 54 ilin bu sayğacının üz hissəsini rəngləyərək, hələ bir qapaq da düzəldiblər. "Azərişığ"ın əməkdaşlarının bu fədakarlığı nəticəsində kənddə olduğum 5 gün ərzində işıqlar 12 dəfə söndü və hər dəfə azı 3, çoxu 6 saatlıq fasilədən sonra yandı.Bu transformatorun " əsaslı təmiri" nin bəhrəsidir ki, elektrik cərəyanı 160 - 180 voltdan yuxarı qalxmır",- deyə Firuz Mustafa bildirib.
Ölkədəki bəzi üzdəniraq məmurların "işgüzarlığı" ucbatından dövlət büdcəsindən əsaslı təmir adıyala silinən pulun cüzi bir hissəsi yamaq vurmağa, gözdən pərdə asmağa xidmət edir. Amma xalqın gözü də tərəzidir axı. Ümid edirik Gədəbəy rayon rəhbərliyi məsələni diqqətdə saxlayıb, kənd sakinlərinin bu sosial problemini köklü surətdə, layiqincə yerinə yetirər. Çünki onlar o kabinetlərdə məhz elə xalq üçün otururlar.
//news24.az