-
- 17-07-2020, 09:40
- 1 440
"İnstagram"da onlayn alış-veriş etmək olacaq
"Facebook" korporasiyasına məxsus "İnstagram" sosial şəbəkəsi öz onlayn alış-veriş xidmətini istifadəyə verəcəyini elan edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, servisin yaradıcılarının fikrinə görə, bu xidmət internetdə alış-veriş prosesini asanlaşdıracaq.
Şirkətdən verilən məlumata görə, xidmət "İnstagram Shop" adlandırılıb.
"İnstagram Shop"un köməyi ilə istifadəçilər dəb trendləri haqqında məlumat əldə edə biləcəklər. Xüsusi alqoritm istifadəçi üçün istədiyi məhsulları seçəcək. Bununla yanaşı, istifadəçilər, tanınmış markaların ən son geyim və aksesuar kolleksiyalarının kataloqlarını əldə edə biləcəklər.
Xüsusi işarə istifadəçilərə birbaşa "İnstagram"da hansı məhsulları ala biləcəklərini izah edəcək.
2020-ci ilin sonuna qədər sözügedən işarənin "Instagram"a əlavə ediləcəyi bildirilib.
Beləliklə, istifadəçilər bir kliklə alış-veriş edə biləcəklər. Hazırda xidmət yalnız ABŞ-da işləyir. Ancaq yaradıcılar onu digər ölkələrdən olan istifadəçilərə təqdim etməyi planlaşdırırdılar.