Azərbaycanlı tanınmışın bacısı koronavirusdan ÖLDÜ
    • 20-07-2020, 14:44
    • 1 452

Azərbaycanlı tanınmışın bacısı koronavirusdan ÖLDÜ

Aktyor, teleaparıcı Kamal Dənizin ailəsində ağır itki üz verib.  

News24.az-ın məlumatına görə, onun bacısı koronavirusdan dünyasını dəyişib.

Bacısının ölüm xəbərini saytımıza təsdiqləyən K.Dəniz hazırda dəfn mərasimində olduğunu bildirib: "Bacım məndən ayrı yaşayırdı, ona görə də mənim karantinə alınmağım hələ ki, lazım deyil. Bacımın nəşi bütün qaydalara uyğun olaraq, dezinfeksiya oldunduqdan sonra dəfn olundu. Biz sadəcə kənardan kədərimizi yaşayırıq".

Qeyd edək ki, 66 yaşlı qadın bir neçə gündür 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunurdu. Vəziyyəti ağırlaşandan sonra bu gün vəfat edib.

Sevda Bayramova