-
- 4-10-2018, 15:09
- 916
Vəzifəsindən azad olunan məmur ölkədən getdi
“Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunan Qüdrət Şükürov Azərbaycanı tərk edib.
“News24.az” xəbər verir ki, virtualaz.org-un yaydığı xəbərə görə, o İB-də istefa məsələsinin həll edildiyi ümumi yığıncağa qatılmayıb. Buna səbəb isə onun hazırda Almaniyada olmasıdır.
Xəbərə görə, Q. Şükürov ürəyində yaranmış propblemlərlə əlaqədar bu ölkəyə müalicə məqsədi ilə gedib. Sayt bildirib ki, BŞİH-nin başçısı vəzifəsini icra edən Eldar Əzizovun əmri ilə Q.Şükürovun səlahiyyətlərinin müvəqqəti icrası Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin başçısı Xalid Ələkbərova tapşırılıb.
X. Ələkbərov bildirib ki, tezliklə şəhərin lift təsərrüfatında irimiqyaslı dəyişikliklər baş verəcək və bakılılar buna şəxsən şahid olacaqlar.
"News24.az"