504 nəfər sağalma, 391 nəfər yoluxma - AZƏRBAYCANDA
    • 22-07-2020, 16:38
    • 575

504 nəfər sağalma, 391 nəfər yoluxma - AZƏRBAYCANDA

Bu gün Azərbaycanda daha 504 nəfər koronavirusdan sağalıb, 9 nəfər isə vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Operativ Qərargahdan məlumat verilib. 

Son sutka ərzində ölkədə daha 391 yeni yoluxma qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 28 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 20 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7805 nəfərdir.

Ötən müddət ərzində 649 953 test aparılıb. Bugünkü test sayı isə 8221-dir.