COVID-19-la bağlı gənclər arasında YARIŞ ELAN OLUNUR
    • 24-07-2020, 11:40
    • 498

COVID-19-la bağlı gənclər arasında YARIŞ ELAN OLUNUR

COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar elan olunmuş karantin rejiminin qaydalarına və əhalinin sanitar-epidemialoji normalara daha cox riayyət etmələri məqsədi ilə Gənclər və İdman Nazirliyi gənclər arasında poster (mem) sosial yarışını elan edir.

News24.az xəbər verir ki, yarışın məqsədi daha cox insanın yoluxmasının qarşısnın alınması üçün ictimai nəzarətin və qınağın təşviq edilməsidir.

İştirak şərtləri:

· yarışda iştirak etmək istəyən gənclər Operativ Qərərgahın müəyyən etdiyi qaydalar və COVİD-19-la bağlı tətbiq edilən normaları nəzərə alaraq öz posterini yaradır;

· posterdə ictimai davranışa riayyət olunması, olunmadığı halda bunun fəsadları, cəmiyyət üçün yaranan təhlükələr və s. bu səpgili mövzuların əhatə edilməsi zəruridir;

· poster JPEG formatda təqdim olunmalıdır;

· bir şəxs yalnız bir poster təqdim edə bilər;

· iştirak etmək istəyənlər öz posterini yaradıb 15 avqust 2020 tarixinə kimi [email protected] elektron ünvana göndərməlidirlər. Elektron poçta göndərilərkən ad, soyad, mobil telefon qeyd edilməli və şəxs özü barədə qısa məlumatı da əlavə etməlidir;

Qaliblərin müəyyən edilməsi və mükaftlandırılması:

Təqdim edilmiş şüar və posterlər nazirliyin facebook səhifəsində yerləşdirləcək və daha cox bəyənmə toplayanlar qalib elan olunacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin hədiyyələri təqdim ediləcək.

Həştəqlər:

#bizbirlikdəgüclüyük, #memsAZ, #evdəqal, #MysGovAz #GənclərvəİdmanNazirliyi