-
- 24-07-2020, 12:33
- 1 064
Rusiya vətəndaşlığını almaq asanlaşdı - QANUN QÜVVƏYƏ MİNDİ
Rusiyada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq almasını asanlaşdıran federal qanun qüvvəyə minib.
News24.az RİA-ya istinadən xəbər verir ki, sənəd xüsusən mövcud vətəndaşlığından imtina tələbini və yeni status almaq üçün Rusiyada azı 3 il yaşamaqla bağlı tələbi istisna edir.
Eyni qayda Rusiya vətəndaşı ilə ailə quraraq ölkədə yaşayan, bu nikahdan ortaq övladı olan əcnəbilərə, valideynlərindən biri Rusiya vətəndaşlığına sahib olan və Rusiyada yaşayan xarici vətəndaşlara şamil ediləcək.
Bundan əlavə, Moldova, Ukrayna, Belarus və Qazaxıstan vətəndaşlarının Rusiya vətəndaşlığına qəbul üçün müraciət etmələri də asanlaşdırılıb. Həqiqi yaşayış icazəsi olanlar Rusiyada yaşadıqları müddətə baxmadan müraciət edə bilərlər.
Ayrıca, Rusiya universitetlərinin məzunları üçün Rusiya Federasiyasında işləmə müddəti üç ildən bir ilə endirilib.
Qeyd edək ki, müvafiq federal qanunu 2020-ci ilin aprelində Rusiya Prezidenti Vladimir Putin imzalayıb.