"Facebook" Braziliya prezidentinin 16 tərəfdarının səhifələrini blokladı
    • 25-07-2020, 14:05
    • 652

"Facebook" Braziliya prezidentinin 16 tərəfdarının səhifələrini blokladı

Braziliya prezidenti Jair Bolsonaronun ətrafındakı insanların səhifələri ölkənin Ali Məhkəməsinin tələbi ilə "Twitter" və "Facebook" sosial şəbəkələri tərəfindən bloklanıb.

News24.az "İnterfax"a istinadən xəbər verir ki, bloklama qərarı yalan məlumatların, böhtanların və ittihamların sistemli şəkildə yayılması ilə əlaqədar qəbul edilib.

Hesabların yalnız Braziliyaya qadağan edildiyi bildirilib. Digər ölkələrdən isə səhifələrə giriş mümkündür.

Bloklanmış hesabların sahibləri arasında iş adamı siyasi fəal da var.

Teymur Məmmədov