Yıldız Tilbe Bakıda jurnalistlərlə görüşəcək – VİDEO
    • 4-10-2018, 17:53
    • 1 107

Yıldız Tilbe Bakıda jurnalistlərlə görüşəcək – VİDEO

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Yıldız Tilbe 13 oktyabr tarixində Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

News24.az xəbər verir ki, 11 oktyabr tarixində paytaxtımıza gəlməli olan ifaçının planlarında dəyişiklik olub.

Bu haqda konsertin Bakı üzrə təmsilçisi Türkay Kıztaş məlumat verib.

O bildirib ki, Y.Tilbe Bakıya planlaşdırılan tarixdən bir gün sonra, yəni 12 oktyabrda təşrif buyuracaq.

Türkiyədəki konsertləri ilə anşlaqa imza atan və biletləri satışa çıxar-çıxmaz bitən ifaçı mətbuat konfransı təşkil edərək azərbaycanlı mətbuat nümayəndələri ilə görüşərək onların suallarını cavablandıracaq.

Təşkilatçı həmçinin 3400 nəfərlik zalda çıxış etməyə hazırlaşan Yıldız Tilbenin hazırda Azərbaycanda ilk dəfə konsert verəcəyinin həyəcanını yaşadığını bildirib.

Qeyd edək ki, Yıldız Tilbenin Bakı konserti “ Çizgim Event-Noya Yapım” şirkəti tərəfindən təşkil olunub.

Teymur Məmmədov