2019-cu ildə IX sinifdə buraxılış imtahanı qaydaları
    • 4-10-2018, 21:30
    • 25 713

2019-cu ildə IX sinifdə buraxılış imtahanı qaydaları

Təhsil eksperti Kamran əsədov bir çox valideynləri narahat edən məsələyə-buraxılış imtahanlarının yeni keçirilmə qaydalarına aydınlıq gətirib. News24.az həmin qaydaları diqqətinizə çatdırır.

2019-cu ilin IX sinif buraxılış imtahanı
I mərhələ
1.Ana dili (Azərbaycan dili, rus dili), (maksimum 30 bal), Cəmi: 20 tapşırıq (2 mətn (bədii, publisistik)-hər mətnə 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı)).
2. Riyaziyyat (Maksimal bal 30), Cəmi:20 tapşırıq (2 mətn (bədii, publisistik)-hər mətnə 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı))
3. Xarici dillər (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri), (Maksimal bal 30) Cəmi:15 tapşırıq 1. Dinləmə mətni (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq); 2. Oxuyub-anlama mətni-9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq)).

II Mərhələ
1.Ana dili (Azərbaycan dili, rus dili), (Maksimal bal 70), 30 qapalı test tapşırığı
2. Riyaziyyat, (Maksimal bal 70), 30 qapalı test tapşırığı
3. Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri), (Maksimal bal 70), 30 qapalı test tapşırığı