-
- 27-07-2020, 14:08
- 6 391
Faina Ələkbərova: "Pandemiya sübut etdi ki, dövlət məktəbləri özəllərdən daha aktiv çalışır" - MÜSAHİBƏ - FOTO
Online təhsil hazırda ən çox müzakirə olunan mövzulardandır. Valideynlərin əksəriyyəti ötən tədris ilində övladlarının bu növ tədrisindən razı qalmadıqlarını bildirirlər. Amma Azərbaycanda bu dönəmdə distant təhsillə uğur əldə edən məktəblər də oldu. Valideynlərin gözləntisini doğruldan 160 saylı Klassik Gimnaziya da bu qəbildən olan təhsil ocaqlarındandır. Məlumat üçün deyək ki, 1943-cü ildən orta məktəb kimi fəaliyyət göstərən bu təhsil müəssisəsi, elə məhz verdiyi keyfiyyətli təhsilə görə tanınıb. 2006-cı ildə Klassik Gimnaziya- yüksək səviyyəli dövlət ümümtəhsil müəssisəsi statusu aldıqdan sonra isə məktəb daha da məhşurlaşıb.
50 il Klassik Gimnaziyanın direktoru kimi çalışmış və bu gün də şərəflə öz vəzifəsini icra edən Faina Ələkbərova əldə edilən uğurlar barədə News24.az-a müsahibəsində danışıb, eyni zamanda bu çətin dönəmdən çıxmağın yollarına toxunub.
- Artıq 55 ildir ki, təhsil sahəsində çalışırsınız. Nə vaxtsa Azərbaycanda belə bir vəziyyətin olacağını düşünürdünüzmü?
- Çox təəssüf ki, hazırda təkcə Azərbaycan təhsili deyil, ümumilikdə bütün dünyada pandemiya ilə bağlı problem yaşanır. İnanın ki, heç vaxt belə bir halların baş verəcəyinə inanmazdım. Düzdür, bu illər ərzində online təhsilə bənzər müxtəlif variantlar olub, amma sırf belə bir şeyin şahidi olmamışdıq. Pandemiyanın özü bizim üçün sanki bir qorxunc filmdir. İlk olaraq bizim hər birimiz düşünürdük ki, bu problemlər tezliklə həllini tapacaq və biz doğma məktəbimizə qayıdacağıq, amma çox təəssüf ki, alınmadı. Düzdür, ilkin mərhələdə online təhsillə bağlı bir çox problemlərimiz oldu, çünki sabiq bir nümunəmiz yox idi. Digər tərəfdən, pandemiyanın psixoloji təsirləri də çox oldu, çünki heç kim bu vəziyyətə hazır deyildi. Amma bizim məktəb öncədən bir növ öz tədarükünü görə bildi. Novruz bayramından əvvəl bütün müəllim heyətini onlayn yığaraq onlara vəziyyəti başa saldıq. Bundan sonra müəllimlər yavaş-yavaş öz işlərinə başlayaraq, xüsusi online proqramlar vasitəsilə şagirdlərlə məşğul olmağa başladılar. Məktəbimizdə 2600 şagird təhsil alır. Onlardan səksən faizi online sistemdən uğurlu nəticələrlə ayrıldı. Qalan iyirmi faiz müxtəlif səbəblərdən daxil ola bilmədilər. Bəziləri rayonlara, bağlara getdilər, orda internetin olmadığını bildirdilər, digərləri də müxtəlif məişət problemlərinin olduğunu dedilər. Məsələn, bir ailə üç otaqlı evdə qalırsa və evdə şagirddən başqa balaca uşaq varsa, onun səsi istər-istəməz şagirdə mane olacaq. Yaxud da elə bir hallar baş verib ki, şagird online proqrama girib dərsini oxuyur, kənardan uşağın anası öz rəfiqələri ilə çox bərk səs tonu ilə danışır. İstər-istəməz bu kimi hallar o sistemdə öz əksini tapır. Əlbəttə, qayğıkeş və məsuliyyətli valideynlər də gördük. Amma bəzən uşaq gedib evdə “müəllimə mənim qiymətimi kəsib” -deyəndə valideyn inanırdı, sabahı günü məktəbə gəlib problem yaradırdı. Amma pandemiya dövründə bu kimi hallar çox azaldı. Çünki online təhsil məhz onların öz evlərindən idarə olunduğundan nəyin doğru, nəyin yalnış olduğunu görmək üçün yaxşı fürsət oldu. Uşaqların əksəriyyətində tənbəllik yarandı, amma ümumilikdə pandemiyanın bir müsbət məqamı o oldu ki, insanları bir-birinə yaxınlaşdırdı. Nəticəni sonda görəcəyik. Məktəbimizi fərqləndirən bir məqam da oldu. Müəllimlərimiz gündəlik rəhbərliyə hesabat verirdi. O, gündəlikdə hər bir şagirdin dərsdə olub-olmaması və iştirakını qiymətləndirən işarələr qoyulurdu. Birdə ki, il ərzində əgər hər hansısa şagird bir fənndən iki alıbsa ona imkan yaradırıq ki, qiymətini düzəltsin. Bununla yanaşı, bizim məktəbin həm Azərbaycan bölməsi, həm də rus bölməsində oxuyan şagirdlərimiz müxtəlif maarifləndirici layihələrdə iştirak etdilər. Onlar online vasitəsilə maska taxmağın, evdə qalmağının vacibliyini aşılayan sosial çarxlar hazırladılar. Biz belə qərara gəldik ki, ikinci yarımilin bütün dərslərini yenidən keçək. Bu müddəti fərdi və məsuliyyətli şəkildə tədris edən uşaqlar rahatlıqla yollarına davam edəcəklər, amma dərslərini oxumayanlar üçün bu sözü demək çox çətindir.
- Əksər valideynlər müəyyən vaxtdan sonra şagirdi repetitor yanına göndərir. Sizcə repetitorsuz uğur qazanmaq həqiqətnmi mümkünsüzdür?
- Məncə yox. Dəfələrlə uşağın məktəbdə yaxşı oxuduğunu, lakin repetitor yanına gedəndən sonra əks təsir verdiyini müşahidə etmişik. Məsələn, onuncu sinifdə oxuyan şagirdlər məktəbdə X sinfin proqramını keçirlər, repetitorun yanında isə aşağı siniflərin proqramını təkrarlamağa başlayırlar. Nəticədə şagird iki qat yorulur. Repetitor yanına gedirlər, müəyyən proqramı keçirlər, iki ildən sonra imtahana girəndə hər şeyi unudurlar. Bizim dövrümüzdə hər şeyi məktəb öyrədirdi, biz bilirdik ki, dərsimizi oxumasaq sonra yaxşı nəticə ilə qarşılaşmayacağıq, amma indiki valideynlər hər şeyi atırlar repetitorun üstünə və sonra da nəticəni görürük. Pandemiya dövrü bir daha sübüt etdi ki, dövlət məktəbləri özəllərdən daha aktiv və fəal şəkildə çalışır.
- Tovuzda baş verən döyüşlər zamanı ermənilərin Azərbaycan dilində sosial şəbəkələrdə təbliğat apardıqlarının şahidi olduq. Necə düşünürsüz, orta ümumtəhsil məktəblərində erməni dilinin tədrisinə ehtiyac varmı?
- Məncə, məktəblərdə erməni dili fənn olaraq tədris olunmamalıdır. Amma müəyyən təhsil ocaqlarında bu fənn tədris oluna bilər. Məsələn, jurnalistlər, televiziya işçiləri, şərqşünaslar, tarixçilər düşmən dilini bilməlidirlər. Yəni konkret qrup işçilərini bu yöndə istiqamətləndirmək lazımdır. Onlara təkcə dil yox, düşmənin tarixi və coğrafiyası da tədris olunmalıdır. Bu isə ona görə lazımdır ki, sabah dünya arenasında öz sözümüzü savadlı şəkildə çatdıra bilək. Bunun üçün isə ilk olaraq rus dilini bilməliyik. Başqa hansı dildə onlarla danışa bilərik? Düşmənə boş-boş nağıllar yox, sərt və kəskin sözü çatdırmaq lazımdır. Sözü də fakt və sübütla deməlisən. Elementar bir məqamı sizə deyim. Bizim ölkə ilə düşmən tərəfin adları çəkiləndə ilk olaraq Azərbaycan deyilir, sonra Ermənistan. Çünki, rus əlifbasında birinci Z hərfi sonra R hərfi gəlir. Yəni, burda da biz birinciyik. Burda çətin nə var? Gərək, məntiqlə düşünüb cavab verəsən. Mən öz şagirdlərimi yarışlara göndərəndə hər zaman deyirəm ki, onlarla danışmayın, münaqişəyə getməyin, ancaq çıxışınız haqda düşünün. Çünki sizin uğurunuz onsuz da onlarda qıcıq yaradacaq. Siz öz hərəkətinizlə başa salmalısınız ki, onlar bizim torpağımızı işğal ediblər. Bir neçə il öncə məktəblərimizdə “Qarabağın tarixi” kursunu əlavə elədik. Orda müəyyən detallar var. Bir sözlə, məktəbdə erməni dilini tədris etmək lazım deyil, amma müəyyən tarixi faktları aşılamaq olar.
- Bakıda ən seçilmiş məktəblərdən birinə rəhbərlik edirsiniz, çətin deyil ki?
- Xeyr. Çətinliklər olanda da onun üzərindən bacardığım qədər tez və gözəl şəkildə keçirəm. Bəzən cavanlar işdən tez bezib, yorulurlar, mən isə əksinə çox enerjiliyəm. Ən böyük istəyim də bütün şagirdlərimizin mənim kimi olmalarıdır. Mən ümumiyyətlə, uşaqların qapazaltı tərbiyə ilə böyümələrinin əleyhinəyəm. Onların gələcəkdə peşə seçimini valideyn yox, uşaq seçməlidir. Məktəbimizdə hər növbənin əvvəlində Azərbaycan himni zəng olaraq səsləndirilir və inanın ki, o bir neçə saniyəni uşaqlar ayaqüstə dayanıb dinləyirlər, sonra hərəkət edirlər. Bir dəfə belə bir hadisə yaşandı. Deməli, yaşlı bir nənə fasilə vaxtı gəlib nəvəsinin dalınca, o məqamda da himn səslənirdi. Bir də gördük ki, həmin qadın əllərini sallaya-sallaya dəhlizdə yeriyir, heç himnin səsini belə eşitmir. Çox əsəbləşdim o xanıma. Dedim ki, “Ay xanım, himnin səsini eşitmirsiniz?, deyir “Mən bəyəm şagirdəm?”, ona cavab olaraq izah etdim ki, "Siz şagird yox Azərbaycan vətəndaşısınız". Xanım səhvini başa düşüb, üzr istədi və belə hallar az olmayıb. Bəzən valideynləri də maarifləndirməyə məcburuq.
- Direktoru olduğunuz 160 saylı Klassik Gimnaziyanı bitirənlər arasında Azərbaycan cəmiyyətində tanınan simalardan kim var?
- Mərhum KVN-çi, millət vəkili Anar Məmmədxanov, Milli Məclisin indiki heyətin üzvü Sevinc Fətəliyeva, məşhur yazıçı Çingiz Hüseynov, şahmatçı Teymur Rəcəbov, Xalq artisti Murad Dadaşov, birinci KVN Bakıdakı komandasının əfsanəvi kapitanı Yuliy Qusman və çoxsaylı “KVN”-çilər, Rusiyanın NTV kanalının direktoru Timur Vaynşteyn, “Eurovision” qalibimiz Eldar Qasımov və çox diplomatlar, alimlər və yaxşı mütəxəssislər, Vətənə faydalı insanlar.
- Ümummilli lider Heydər Əliyevlə görüşünüz olubmu?
- Görüşümüz olmayıb, amma tədbirlərdə üz-üzə gəlmişik. Bir misal gətirə bilərəm. İllər öncə bizim məktəbi bitirən Dəmirçiyeva Aytəkin, Prezident təqaüdçüsü adına layiq görülmüşdü. Ona təqaüdü şəxsən Heydər Əliyev təqdim etmişdi. Təqdim edəndə sual verdi ki, “Qızım, hansı məktəbdənsiniz? -Dedi, 160 nömrəli. Heydər Əliyev dərhal: “Faina xanımın məktəbindənsiniz?” -deyə cavab vermişdi. Ondan sonra 1998-ci ildə keçirilən Azərbaycan Müəllimlərin Qurultayında Heydər Əliyevin iştirakı ilə çıxış etmişəm. Heydər Əliyev hər zaman çıxışlarımı çox diqqətlə dinləyirdi və xoşuna gələn məqamlardan sonra gülümsəyirdi. Yeganə rus dilində çıxış edən müəllim mən idim. Çıxışımın sonunda Heydər Əliyevə müraciət edərək dedim ki, “Cənab Heydər Əliyev müəllimlərimizlə bərabər bu və növbəti seçkilərdə Sizi dəstəkləyirik”. Bunu eşitdi və gülümsədi. Onda artıq sağlamlığı ilə bağlı problemlər yaşayırdı...
- Bəs, Cənab Prezident İlham Əliyevlə necə görüşmüsünüzmü?
- Bəli. Cənab Prezident 2011-ci ildə əsaslı təmirdən sonra məktəbimizə gəlmişdi. Dərindən məktəbin probləmləri ilə, ən əsas da gimnaziyanın adi məktəbdən nə ilə fərqləndiyi ilə maraqlanmışdı, gimnaziyanın işini yüksək qiymətləndirmişdi.
- Son illər əksər valideynlər övladlarının rus bölməsi üzrə tədrisinə üstünlük verirlər. Sizcə bu nədən irəli gəlir?
- Bu birbaşa valideynin istəyindən qaynaqlanır. Lakin bu məsələyə fərdi yanaşmaq lazımdır. Çoxlarını bacardığım qədər razı salmağa çalışıram, çünki anlayıram ki, evdə rus dilində heç kim danışmır. Yəni, uşaq üçün bu böyük çətinlikdir. Valideynlər uşaqlarını rus bölməsinə qoyurlar, çünki vaxtilə özləri rus bölməsində oxumaq istəyiblər, lakin bunu edə bilməyiblər. Ya da gələcəkdə övladının rahatlıqla işlə təmin olunması üçün belə bir seçim edirlər. Digər tərəfdən bu düzgün addım sayıla bilər. Çünki ilk öncə rus dili qonşu olan böyük dövlətin və beynəlxalq dildir, həmçinin YUNESKO-nun dillərindən biridir. Onsuz da evdə hər kəs Azərbaycan dilində danışır, ikinci dilin də əlavə olunması çox gözəl haldır. İngilis dili bizim üçün hələ çətindir, amma rus dili hər zaman həyatımızda olub. Ona görə də məncə, valideynlər düzgün addım atırlar, amma uşaqlarını da nəzərə almalıdırlar. Bilirsiniz, mən həyatda heç vaxt sözümü deməkdən qorxmamışam. Ötən illərdə mən iclaslarda, tədbirlərdə dəfələrlə demişəm ki, nə qədər Azərbaycan dilində təbliğat aparmaq olar? Erməni soyqırımı, 20 yanvar, Xocalı hadisələri haqda beynəlxalq arenada müxtəlif dillərdə danışmaq, yeri gələndə hayqırmaq lazımdır. Bunun üçün də dil bilgisi çox önəmlidir.
- Azərbaycan təhsilində sizi hər şey qane edirmi?
- Azərbaycan təhsilinin qolları çox böyük və əhatəlidir. İndiki zamanda təhsilimizdə yaxşı nailiyyətlər, yeniliklər, maraqlı layihələr çoxdur. Lakin məktəblər, liseylər, universitetlər - hər bir təhsil ocağı bir-birindən status, təhsil, qabiliyyət tərəfindən fərqlidir. Mən çox istərdim ki, təhsil müəssisələrinin rəhbərlərinə bir az sərbəstlik versinlər. Yaxşı olardı ki, təcrübəli maarifçilərin fikirlərini nəzərə alsınlar. Qeyd etmək lazımdır ki, maddi vəsait bir az artırılsa, daha yaxşı olardı. Düzdür, indi vəziyyət əvvəlki illərdən nisbətən çox yaxşıdır, çox bir şeylə təmin olunuruq. Əvvəllər çox əziyyət çəkirdik. Belə çətin vəziyyətdə bütün Azərbaycan təhsil işçilərinə uğurlar arzu edirəm. Əminəm ki, qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
Sevda Bayramova
FOTO: Fərid Şabanov