"CinemaPlus” rəhbərliyində yeni təyinat
    • 27-07-2020, 13:31
    • 506

"CinemaPlus” rəhbərliyində yeni təyinat

“CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub. 

News24.az xəbər verir ki, “CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Əvvəllər, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 

2018-ci ildən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru idi.