-
- 4-10-2018, 19:00
- 632
Abel Məhərrəmova yeni vəzifə verilib
Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Bakı Dövlət Universiteti (BDU) Elmi Şurası ilə birgə səyyar iclası keçirilib.
İclasda BDU-nun rektoru Abel Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib.
A.Məhərrəmov BDU-da bu istiqamətdə görülən işlər, bakalavr, magistr, doktorant hazırlığı prosesi, tədris proqramları, dərsliklər, dərs vəsaitləri və monoqrafiyaların yazılmasına diqqət çəkib, BDU-da nanotexnologiyanın texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı sahələri və hərbi sənaye istiqamətində tədqiqini və elmi nəticələrini Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırıb. Bunun üçün dəyəri milyonlarla ölçülən cihaz və avadanlıqlar alındığını, bu sahədə olan araşdırma mərkəzləri ilə ümumi dəyəri 8,5 milyon dollar olan qrant layihələrinin uğurla yerinə yetirildiyini bildirib.
AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən respublikada nanotexnologiya istiqamətindəki tədqiqat işlərinin inkişafı və əlaqələndililməsini müəyyən etmək üçün Koordinasiya Şurası yaradılıb və Şuraya rəhbərlik akademik Abel Məhərrəmova həvalə edilib.