"Vətənimiz, torpağımız bizim üçün hər şeydir" - Tovuz sakinləri DANIŞIR - VİDEO
    • 27-07-2020, 17:07
    • 1 010

"Vətənimiz, torpağımız bizim üçün hər şeydir" - Tovuz sakinləri DANIŞIR - VİDEO

"Torpağımızın bir qarışını düşmənə vermərik. Vətənimiz, torpağımız bizim üçün hər şeydir". 

Bu sözləri News24.az-ın Tovuza ezam olunmuş çəkiliş qrupuna müsahibəsində Tovuzun müxtəlif kəndlərindən olan sakinlər bildiriblər. 

"Tovuzda el məsəli var ki - qardaş qardaşa bir qarış torpağını vermir, düşmənə verərmi? Bu həyatı boyu ola bilməz. Bu torpaqda böyümüşük, yaşlanmışıq, bizi burdan heç bir qorxuyla çıxarmaq olmaz" deyir Tovuz sakinləri.

Bu təfəkkür Tovuzda bütün yaş kateqoriyalı insanlara, eləcə də bu elin qadınlarına məxsusdur. Respondentlər arasında bütün yaş həddini əhatə edən sakinlər var. 


Tovuz rayonu 
Ülkər Qasımova 
Fərid Şabanov 
News24.az üçün