-
- 4-10-2018, 18:13
- 1 257
Xuraman da mədəkiçiltmə əməliyyatı etdirəcək? - Özü açıqladı
"Həyat yoldaşımla şəkil paylaşıram, insanlar tamam başqa-başqa sözlər yazırlar".
Bunu aktrisa-aparıcı Xuraman Əlizadə deyib. Aktrisa onun ailə fotolarına tənqid yazan izləyicilərdən giley edib:
"Bu, mənə xoş deyil. Bundan sonra ailəmlə bağlı paylaşım etməyəcəyəm. Həyat yoldaşımla kəbinimiz, nikahımız, bu nikahdan da övladımız var. Artıq-əskik sözlər yazırlar, əsəbləşirəm".
X.Əlizadə həmkarı Tünzalə Əliyevanı mənzilinin ipotekası üçün pul topladığına görə qınayanları tənqid edib:
"Heç kim heç nədən sığortalanmayıb. O məqamda insan bilmir ki hardan kömək istəsin. Tünzaləyə şəfa diləyirəm. Onu çox sevirəm. Bəsdir, Tünzalə ilə mənim həyat yoldaşım haqda xoşagəlməz sözlər yazdılar. Bizim ailəmizə ilişməsinlər".
Artıq çəkidən əziyyət çəkən aktrisa bildirib ki, heç vaxt mədəkiçiltmə əməliyyatı etdirməyi düşünmür:
"Heç vaxt mədəmi kəsdirmərəm. Bu əməliyyat üçün çox klinikalardan təklif alıram. Amma qorxuram. Hər hansı bir orqanı kəsdirmək sağlamlığımızı riskə atmaq deməkdir. Sağlamlığımız üçün mədə, bağırsağın rolu böyükdür. Buna görə də əməliyyat fikirləşmirəm".
X.Əlizadə jurnalistin "İkinci övlad düşünürsünüzmü?" sualına "Allahın qismətidir. Qismət olsa olar. Hələ ki yoxdur" deyib.
//big.az