-
- 28-07-2020, 15:29
- 721
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir.
Baş prokurorluqdan News24.az-a verilən məlumatda bildirilib ki, cari ilin 21 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisində 2021-ci ildə keçirilməsi nəzərdə tutulan BMT-nın Baş Assambleyasının korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası (UNGASS 2021) çərçivəsində qəbul ediləcək siyasi bəyannamə layihəsi ilə əlaqədar Tərəf Dövlətləri arasında videokonfrans formatında qeyri-rəsmi görüş keçirilib.
BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland Krallığı, Meksika Birləşmiş Ştatları, Peru Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikası, Çin Xalq Respublikası və Korrupsiya əleyhinə Konvensiyaya (UNCAC) tərəf olan digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin birinci katibi Şahin Şahyarov iştirak edib.
Tədbirdə əvvəlki müzakirələrin davamı olaraq, siyasi bəyannamə layihəsi həmsədrlər- Peru Respublikasının Avstriya Respublikasındakı səfiri Erik Anderson və Birləşmiş Ərəb Əmirliklərinin səfiri Hamad Alkaabi tərəfindən iştirakçılara təqdim edilmiş, Tərəf Dövlətlərinin nümayəndələri tərəfindən layihə ilə bağlı yaranan problemlərə dair müzakirələr və geniş fikir mübadiləsi aparılıb.