Koronavirusa yoluxan 9 yaşlı qız YUXUDA ÖLDÜ
    • 29-07-2020, 10:43
    • 877

Koronavirusa yoluxan 9 yaşlı qız YUXUDA ÖLDÜ

9 yaşlı qız yuxusunda koronavirusdan ölüb.

News24.az "Mirror"a istinadən xəbər verir ki, hadisə ABŞ-da yaşanıb.

Bildirilib ki, ölümündən bir neçə gün əvvəl məktəbli qız qızdırma ilə xəstəxanaya aparılıb. Ancaq müayinə edildikdən sonra uşağa soyuqdəymə diaqnozu qoyularaq evə göndərilib.

Bir neçə gün sonra qız özünü yaxşı hiss edib və hətta dostları ilə gəzintiyə çıxıb. Evə qayıtdıqdan sonra isə özünü çox yorğun hiss etdiyi üçün yatıb və ayılmayıb.

9 yaşlı qızdan yalnız ölümündən sonra COVID-19 testi götürülüb və nəticə müsbət olub.