-
- 5-10-2018, 10:35
- 14 102
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər həkimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul eimişdir.Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Xalq arasında deyilir ki , müəllim dəyişəndə cəmiyyət də dəyişir. Söz yox ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib. Təhsil naziri Misir Mərdanov Azərbaycan müəllimlərinin 2008-ci il sentyabrın 22-də keçirilən XIII qurultayındakı məruzəsində demişdir: “Təkcə son beş ildə 700-dən çox təhsil işçisi Prezident sərəncamları ilə dövlət təltifinə layiq görülmüşdür ki, bu da bütövlükdə sovet dövründə təltif olunanların sayından xeyli artıqdır. Elə Beynəlxalq Müəllimlər Günü ərəfəsində (30 sentyabr 2009-cu il) cənab Prezident “Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncama əsasən müəllimlərin bir qrupu “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, yaxud “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, müəllim əməyinə dövlət qayğısı bu gün də diqqət mərkəzindədir.