Bakıda çoxmərtəbəli binada yanğın
    • 29-07-2020, 21:54
    • 484

Bakıda çoxmərtəbəli binada yanğın

Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Yanğın saat 20:25-də söndürülüb. Əlavə məlumat veriləcək.