Cəlilabadda piknikə gedənlər SAXLANILDI
    • 30-07-2020, 09:34
    • 665

Cəlilabadda piknikə gedənlər SAXLANILDI

Cəlilabadda karantin qaydalarını pozaraq piknikə gedən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində Bakı şəhər sakini olan E.Süleymanzadənin idarə etdiyi “Niva” markalı avtomobil saxlanılıb. Polis əməkdaşları tərəfindən aparılan müvafiq yoxlama zamanı sürücü ilə yanaşı avtomobildə olan Bakı sakinləri N.Qasımov, H.Əsədov və 3 nəfər qadının heç bir müvafiq icazə olmadan, karantin qaydalarını pozaraq Bakı şəhərindən Cəlilabada gəldikləri müəyyən edilib.

Onların dincəlmək məqsədilə, piknik təşkil etmək üçün gəldikləri məlum olub. Həmin 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.