SON DƏQİQƏ: Siyəzəndə yanğın başladı, 2 helikopteri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
    • 31-07-2020, 16:26
    • 1 075

SON DƏQİQƏ: Siyəzəndə yanğın başladı, 2 helikopteri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ

31 iyul saat 12 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında bələdiyyə ərazisinin dağlıq və dağətəyi sahəsində yanğın hadisəsi  baş verib.

ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, yanğının söndürülməsi üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, 2 helikopteri, ETSN-nin yerli qurumlarının və Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub. Yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb.

Hazırda yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır. /APA/

***14:57
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.