-
- 5-08-2020, 20:15
- 1 192
700 milyon insan su qıtlığından əziyyət çəkir – 2 milyard insan çirkli sudan istifadə edir – DƏHŞƏTLİ rəqəmlər
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) məlumatına görə, planetin su ehtiyatlarının yalnız 2,5 faizi şirin su ehtiyatlarıdır.
News24.az xəbər verir ki, bu suyun 70 faizi buz və qar kütlələridir.
Yer səthinin yalnız 1 faizini təşkil edən şirin su ekosistemləri heyvanların 10 faizinə ev sahibliyi edir.
Bildirilir ki, su ehtiyatlarının davamlılığı - qida və enerji təhlükəsizliyi, iqtisadi artım, iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin itirilməsinin qarşısının alınması kimi bir çox məsələlərin özəyini təşkil edir. Lakin yetərli və keyfiyyətli suyun olmaması gündəlik istifadə, suvarma, enerji və istehsal fəaliyyəti ilə əlaqədar bir çox təhlükədən xəbər verir.
Su ehtiyatlarına təzyiqin gündən-günə artdığı dünyamızda 43 fərqli ölkədə təxminən 700 milyon insan su qıtlığından əziyyət çəkir. 2,7 milyard insan il ərzində ən azı 1 ay su qıtlığı yaşayan hövzələrdə yaşayır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 785 milyon insanın əsas su təchizatından məhrumdur. Bu insanların 144 milyonu içməli suyu gigiyena baxımından ən keyfiyətsiz hövzələrdən alır.
Araşdırmalara görə, 2 milyard insan çirkli sudan istifadə edir.
Digər tərəfdən qeyd olunub ki, az inkişaf edən ölkələrdə səhiyyə müəssisələrinin 22 faizində su xidmətləri yoxdur. Bu səhiyyə müəssisələrinin 21 faizində sanitar təmizlik, 22 faizində tullantıların idarə olunması xidmətləri mövcud deyil.
Məhərrəm