Çimnaz onun məzarında göz yaşlarına boğuldu - VİDEO
    • 7-08-2020, 19:45
    • 827

Çimnaz onun məzarında göz yaşlarına boğuldu - VİDEO

"Vicdan haqqı" serialında canlandırdığı "Larisa" obrazı ilə tanınan aktrisa - müğənni Çimnaz Sultanova yeni işini təqdim edib.

News24.az xəbər verir ki, sənətçi "Sənsiz" adlanan mahnıya ekran həyatı verib. Əsərin Söz və musiqisi "Miro" ləqəbli repçiyə, masterinqi isə İmran İbrahimova məxsusdur. Klipin rejissorluğunu isə Aleks Anişenko edib. 

Ekran işində Çimnaz sevgilisi həyatdan köçmüş və onun yasını tutan kədərli bir qadın obrazını canlandırıb:

"Bu dünyanı vaxtsız tərk etmiş sevimli birisinin itkisindən yaranan ağrı, acı və kədər sevən bir qadının ürəyini heç vaxt tərk etməz. Əsla! Bir vaxt sevib və sevdiyini itirmiş, dəfn etmiş birisi yeni mahnımı anlayıb dəyərləndirəcək, bu musiqidə öz natamam qalmış eşqinin hekayəsini görəcək. Sevib-sevilmə, bir-birinizin qədrin bilməyə, birlikdə keçirdiyiniz hər bir anı dəyərləndirməyə tələsin. Sabah nə olacağını heç kim bilmir".

Klip Ç.Sultanovanın rəsmi "YouTube" kanalında yayımlanıb.