-
- 10-08-2020, 11:13
- 563
Peşə təhsil pilləsi üzrə tələbə qəbuluna başlanır
10 avqust tarixindən etibarən peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır.
News24.az xəbər verir ki, ilk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər. Peşə təhsili almaq istəyən şəxslər 10-24 avqust tarixlərində https://qebul.vct.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orla təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.
Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.
Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat Şəxsi kabinetim bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə sms vasitəsilə də məlumatın təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.
2020-2021 -ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaqdır. İlk dəfə olaraq cari tədris ilində tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaqdır.
Qeyd edək ki, peşə təhsili pilləsinə qəbul çərçivəsində 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş Peşə təhsili haqqında qanuna əsasən peşə təhsil meəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun aparılması da nəzərdə tutulur.
Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasında olan şəxslər, I,II və III dərəcə əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Həmçinin 2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Məhərrəm Əliyev