-
- 11-08-2020, 14:35
- 994
Əməkdar artistin türk kürəkəni SÜKUTU POZDU: "QAYINATAM..."
Bir neçə gün öncə Əməkdar artist Cavanşir Məmmədovun şəhərin mərkəzində, yəni "Tarqovı"da kürəkəninə ev bağışladığı xəbəri yayılıb.
News24.az xəbər verir ki, məsələylə bağlı müğənninin kürəkəni Türkiyə vətəndaşı, aktyor Arif Selçuk saytımızla əlaqə saxlayaraq, yazılanları yalanlayıb: "Xəbər tamamilə yalnışdır. Qayınatam Cavanşir Məmmədov mənə heç bir ev bağışlamayıb. O, mənzil onun qızına, yəni həyat yoldaşıma aiddir. Bu cür xəbərlərlə Azərbaycan gündəmində olmağı arzu etmirəm".
Qeyd edək ki, Əməkdar artist Xəzər TV-də yayımlanan "5də5" verilişində qonaq olan zaman “Qızım türk vətəndaşı ilə evləndi. Adını deyən deyiləm. Onlar Bakıda yaşayır. Kürəkənim burada işləmir. Amma ailəni özləri dolandırır. Qızıma “Torqovı”da bir ev almışam, kirayə verib, onun puluna dolanırlar. Çəkilişlər olanda da Türkiyəyə gedib-gəlirlər” - sözlərini deyib.
Sevda Bayramova