Rusiyanın valyuta ehtiyatları azalıb
    • 5-10-2018, 20:00
    • 1 425

Rusiyanın valyuta ehtiyatları azalıb

Rusiyanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 459,163 mlrd. ABŞ dolları təşkil edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,452 mlrd. dollar və yaxud 0,3% azdır.

Valyuta ehtiyatlarına Rusiya Bankının (Mərkəzi Bank) sərəncamında olan yüksək likvidli aktivlər daxildir.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Rusiyadan kapital axını illik müqayisədə 2,8 dəfə artaraq 26,5 mlrd. dollara çatıb. Rusiya Bankı bu ilin sonuna qədər sözügedən göstəricinin 55 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırır. 


//Report.az