Cəmiyyət sədri həbs olundu - Liftə görə
    • 5-10-2018, 18:50
    • 806

Cəmiyyət sədri həbs olundu - Liftə görə

Oktyabrın 4-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında liftin 9-cu mərtəbədə qırılaraq şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Bakı şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, M.Yusifova cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən şaxtanı təmizləyirmiş. 

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilmişdir. S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

//Qafqazinfo