"Toy gecəsi" gənc qadına Bakıda son arzusuna çatmağa kömək etdi - FOTO
    • 5-10-2018, 21:00
    • 961

"Toy gecəsi" gənc qadına Bakıda son arzusuna çatmağa kömək etdi - FOTO

Anastasiya adlı gənc qadın azərbaycanlı baba-nənəsini axtarıb tapmaq üçün Bakıya qədər gəlib.

Milli.Az xəbər verir ki, Krasnayarskdan ata qohumlarını axtarmaq üçün "Səni axtarıram"a üz tutan qadın Azərbaycanın məşhur yazıçısı Əlfi Qasımovun babasının bacısı oğlu olduğunu bildirib.

Rusiyada nənəsi ilə evlənən azərbaycanlı babasının bu nikahdan 3 övladı olduğunu qeyd edən Anastasiya "Azərbaycandan uzaqda yaşasam da, mən həmişə özümü bu yerlərin övladı kimi hiss etmişəm. Babamın son arzusunu yerinə yetirmək ümidi ilə buradayam" deyib. 

2003-cü ildə dünyasını dəyişən babasının bacısı Sitarə xanım və digər qohumları Rusiyadan onları tapmaq üçün Bakıya gələn Anastasiyanı tək qoymayıb, studiyaya gəliblər.

Qeyd edək ki, Əlfi Qasımovun 1985-ci ildə yazdığı "Toy gecəsi" romanı həmin dövrlərin ən çox oxunan kitablarından idi. Həmin kitabı efirdə Xoşqədəm Anastasiyaya hədiyyə edib.
Verilişdən həmin kadrlar:
//Milli.az