Fəhlələri daşıyan avtomobil aşdı: iki ölü, iki yaralı

Fəhlələri daşıyan avtomobil aşdı: iki ölü, iki yaralı Siyasət
Göygöldə baş verən ağır yol qəzası nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb. 
Hadisə Göygöl şəhərində qeydə alınıb.
İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində iki nəfər avtomobilin altında qalaraq ölüb. Daha iki nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 
Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.