Sumqayıt Reabilitasiya Mərkəzi - İSTİFADƏYƏ VERİLƏCƏK

Sumqayıt Reabilitasiya Mərkəzi - İSTİFADƏYƏ VERİLƏCƏK Sosial
Prezident İlham Əliyevin tapşırığına əsasən reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Sumqayıt Reabilitasiya Mərkəzində də təmir və yenidənqurma işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, işlər artıq yekunlaşır və müəssisənin gələn ay istifadəyə verilməsi planlaşdırılır. 

Bərpa mərkəzində il ərzində 1000-dən çox əlilliyi olan şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstəriləcək.  Mərkəzdə əlilliyi olan şəxslərin sosial-psixoloji xidmətlə  təmin edilməsi də nəzərdə tutulur.