Azərbaycanda hava şəraiti iqlim normasına uyğundurmu?
    • 6-10-2018, 11:07
    • 887

Azərbaycanda hava şəraiti iqlim normasına uyğundurmu?

Azərbaycanda bu günlərdə müşahidə olunan hava şəraiti iqlim normasına uyğundurmu? Hər il qlobal istiləşmənin təsiri ilə fəsillərin iqlim normalarına uymamasından çox danışılırdı. Bu il isə sanki hər şey öz qaydasına düşməkdədir.

Azərbaycanda son günlərdə hökm sürən dəyişkən hava şəraiti iqlim normasına yaxındır, bəzi yerlərdə isə normadan 1-2 dərəcə yüksəkdir.  

Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova News24.az-a verdiyi açıqlamada səsləndirib.

 G.Məmmədova deyib ki, dünən səhər saatlarından başlayan  güclü şimal-qərb  küləyin bu gün günorta saatlarına qədər tədricən mülayimləşəcək, havanın temperaturu ötən günlərlə müqayisədə aşağı düşəcək, 16-18 dərəcə təşkil edəcək.

Ağayeva Şəlalə