Monserrat Kabalye vəfat etdi

Monserrat Kabalye vəfat etdi Mədəniyyət
Məşhur ispaniyalı opera müğənnisi Monserrat Kabalye 85 yaşında vəfat edib.

Qeyd edək ki, M.Kabalye Barselona xəstəxanalarının birində müalicə alırdı.

Onun sidik kisəsində problemlərin olduğu bildirilirdi.

Monserrat Kabalye Puççini, Bellini və Doniçettinin klassik italyan operalarında çıxışları ilə məşhurlaşıb.