-
- 17-08-2020, 17:36
- 737
AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalovla görüşüb.
News24.az xəbər verir ki, rektor AzTU-da idarəetmənin elektronlaşdırılması və elektron təhsil sistemi ilə bağlı qonağa məlumat verib. Fərid Zeynalov bildirib ki, şirkətin məqsədi AzTU-da 2016-cı ildən fəaliyyətə başlayan “Cisco” Şəbəkə Akademiyasının işini genişləndirməkdir. Bunun üçün universitetin “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültəsinin tədris proqramlarının Akademiyanın təlim kursuna uyğunlaşdırılması və informasiya texnologiyaları sahəsində gənc kadrların hazırlanmasına ehtiyac var. İT sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və tələbələr Akademiyanın dərslərində iştirak edə bilər.
Qeyd olunub ki, Akademiyada dərslər şirkətin beynəlxalq proqramına əsaslanır.
Görüş zamanı o da vurğulanıb ki, Akademiyanın kurslarını bitirən tələbələrə təqdim olunan sertifikatlar dünyanın hər yerində tanınır. Bu da gənclərin karyerada üstünlük əldə etməsinə imkan yaradır.
Rektor görüləcək işlərlə bağlı “Yol xəritəsi”nin hazırlamasının və işçi qrupun yaradılmasının vacibliyini qeyd edib.