AFFA-dan Arif Əsədova yubiley təbriki
    • 18-08-2020, 18:00
    • 971

AFFA-dan Arif Əsədova yubiley təbriki

Gənclər arasında dünya və Avropa çempionu olmuş, hazırda Azərbaycan milli komandasının məşqçisi olan Arif Əsədovun 50 yaşı tamam olur.

News24.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Arif Əsədovla görüşərək əlamətdar yubileyi münasibətilə  AFFA rəhbərliyi adından onu təbrik edib, cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub.

A. Əsədov göstərilən diqqətə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.