SON DƏQİQƏ! "Lotu Quli" ÖLDÜRÜLDÜ
    • 20-08-2020, 09:20
    • 1 603

SON DƏQİQƏ! "Lotu Quli" ÖLDÜRÜLDÜ

Kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifov qətlə yetirilib.

News24.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb. Qətl hadisəsi Türkiyədə Antalyanın Serik bölgəsində otellərdən birinin restoranında yaşanıb. 

Bildirilir ki, N.Səlifov birlikdə yemək yediyi şəxs tərəfindən silahla başından vurulub. Xəstəxanaya çatıdırlan Nadir Səlifovun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə yerindən qaçan şübhəlinin tutulması üçün geniş araşdırma başlanıb.

Cinayət şübhəlisi Antalya-Dənizli magistralında polis qrupları tərəfindən tutulub. İlkin məlumata görə, N.Səlifov dostu Xan Əhmədlinski  tərəfindən qətlə yetirilib. 

Azərbaycanda həbsxanadan çıxdıqdan sonra 2018-ci ildə Türkiyəyə gələn "Lotu Quli" oradan deportasiya edilib. Onun daha sonra Türkiyəyə qanunsuz yollarla gəldiyi bildirilib. 

Qeyd edək ki, 4 il öncə, 18 avqust 2016-cı il tarixində kriminal avtoritet "Rövşən Lənkəranski" ləqəbli kriminal avtoritet Rövşən Canıyev İstanbulda öldürülüb.