Ötən il Azərbaycanda 37 mindən çox abort qeydə alınıb
    • 20-08-2020, 18:11
    • 945

Ötən il Azərbaycanda 37 mindən çox abort qeydə alınıb

Ötən il Azərbaycanda qeydə alınan abortların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, istinadən məlumatına görə, 2019-cu ildə 37 308 abort qeydə alınıb.
Məlumata əsasən, abortlardan 49-u 15-17 yaş qrupuna, 1 406-sı 18-19 yaş, 7 101-i 20-24 yaş, 11 617-si  25-29 yaş, 10 947-si 30-34 yaş, 6 188-i 35 və yuxarı yaşda olan qadınlar arasında qeydə alınıb.